08:07
714
ABŞ Hərbi Dəniz Qüvvələri iki illik fasilədən sonra “Boeing P-8A Poseidon” sualtı qayıq əleyhinə kəşfiyyat təyyarələrinin alınması ilə bağlı qərar qəbul edib.
Bu, Pentaqonun bu yaxınlarda dərc olunmuş büdcə sənədlərində öz əksini tapıb.
Məlumata görə, Hərbi Dəniz Qüvvələri 2027-ci maliyyə ili üçün bu təyyarələrdən 12-sinin alınması üçün 4,23 milyard dollar tələb edib.
Qeyd edək ki, Hərbi Dəniz Qüvvələri sonuncu dəfə “P-8A Poseidons” təyyarələrini 2024-cü maliyyə ilində, 1,83 milyard dollara on təyyarə sifariş edərkən alıb. 2025 və 2026-cı illərdə heç bir alış edilməyib.
Yeni sorğuya görə, hər təyyarənin orta qiyməti 352 milyon dollara yüksəlib ki, bu da 2024-cü ilin rəqəmlərindən 92% çoxdur.