Zelenski: Ukrayna üç Yaxın Şərq ölkəsi ilə 10 illik saziş imzalayıb Dünya

Zelenski: Ukrayna üç Yaxın Şərq ölkəsi ilə 10 illik saziş imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra Yaxın Şərq ölkələri ilə uzunmüddətli sazişlərin bağlandığını, həmçinin müdafiə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirildiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna artıq üç əsas ölkə ilə 10 illik saziş barədə razılığa gəlib: Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər. "Bizim artıq 11 ölkədən sorğumuz var — bura Yaxın Şərq və Fars körfəzi ölkələri daxildir, həmçinin tədricən Qafqaza da diqqət yetiririk".

"Bu 'Drone Deal' (Dron sazişi) çərçivəsində Ukrayna silahlarının bu və ya digər ixracı üzrə ən azı 10 müxtəlif saziş olacaq. Birgə istehsal — həm Ukraynada, həm də digər dövlətlərdə istehsal xətlərimizin qurulması nəzərdə tutulur. Söhbət bu və ya digər ölkə ilə birgə hazırladığımız və onların investisiya qoyduğu yeni texnologiyalardan gedir. Həmçinin, müvafiq həcmdə illik maliyyələşdirmə və təsbit edilmiş illər sayı barədə razılıq var."

Prezident ikinci istiqamətin Avropa olduğunu qeyd edib: "Artıq Almaniya, İtaliya, Norveç, İsveç və Niderland ilə işlərə başlanılıb. Şübhəsiz ki, Böyük Britaniya və Fransa ilə də yaxşı münasibətlərimiz var. Əminəm ki, orada da bu layihələr reallaşacaq".

Məryəm Quliyeva