HƏMAS silahlarının bir hissəsini təhvil verməyə hazırdır Dünya

HƏMAS silahlarının bir hissəsini təhvil verməyə hazırdır

HƏMAS nümayəndələri Qəzza zolağındakı strukturlarının sərəncamında olan silahların bir hissəsini təhvil verməyə hazır olduqlarını bəyan ediblər.

Xalqcebhesi.az xəbər verir ki, “The New York Times” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, HƏMAS hərəkatın polis və daxili təhlükəsizlik xidmətlərinə məxsus minlərlə avtomat və digər silahları təhvil verə bilər. Nəşrin qeyd etdiyinə görə, bu addım HƏMAS tərəfindən ciddi bir güzəşt olardı, çünki qruplaşma əvvəllər hər hansı silahın təhvil verilməsini müzakirə etməkdən açıq şəkildə imtina edirdi.

Bildirilir ki, silahlar “Sülh Şurası” çərçivəsində Qəzza zolağının idarə edilməsi üçün yaradılmış Fələstin inzibati komitəsinə təhvil verilə bilər.

HƏMAS daha əvvəl mülki funksiyaların bir hissəsini ABŞ tərəfindən dəstəklənən bu komitəyə ötürməyə hazır olduğunu bildirsə də, öz silahlı bölmələrini saxlayır. Bu, hərəkatın İsrail və ABŞ-ın təzyiqlərinə baxmayaraq, zolaqda öz təsirini qoruyub saxlamaq istəyindən xəbər verir.

Məryəm Quliyeva