KİV: Fransa Yunanıstana bütün qırıcılarını Ukraynaya verməyi təklif edəcək Dünya

KİV: Fransa Yunanıstana bütün qırıcılarını Ukraynaya verməyi təklif edəcək

Fransa Yunanıstana bütün Mirage 2000 qırıcılarını Ukraynaya təhvil verməyi, bunun müqabilində isə güzəştli şərtlərlə Fransadan Rafale qırıcıları almağı təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron müvafiq təklifi 24–25 aprel tarixlərində Yunanıstana səfəri zamanı təqdim edə bilər.

Söhbət 43 ədəd "Mirage 2000" təyyarəsindən gedir ki, bura 24 ədəd daha müasir "Mirage 2000-5" və 19 ədəd köhnə versiya (onların bir hissəsi artıq istismardan çıxarılıb) daxildir. Əvəzində Fransa aşağı qiymətlə eyni sayda "Rafale" qırıcısı təklif etməyə hazırdır, lakin sövdələşmənin detalları hələ razılaşdırılmalıdır.

Gözlənilir ki, razılaşma reallaşacağı təqdirdə Yunanıstan Hərbi Hava Qüvvələri ümumi sayı təxminən 36 təyyarə olan iki "Rafale" eskadronunu tam şəkildə komplektləşdirə biləcək.

Məryəm Quliyeva