"Hizbullah" döyüşçüləri Livanın cənubunda İsrailə məxsus pilotsuz uçuş aparatını vurublar Dünya

"Hizbullah" döyüşçüləri Livanın cənubunda İsrailə məxsus pilotsuz uçuş aparatını vurublar

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ölkənin hava məkanını pozduqdan sonra Livanın cənubunda vurulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, ehtimal ki, Hermes 450 modelli İsrail PUA-sı "Hizbullah" şiə milislərinin döyüşçüləri tərəfindən buraxılan "yer-hava" tipli raketlə vurulub. PUA alovlanaraq Sur şəhəri yaxınlığındakı Burc-eş-Şimali bölgəsində yerə düşüb.

Məryəm Quliyeva