15:35
791
İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndələri ilə danışıqların ikinci raundunda iştirak etmək üçün cümə günü axşam saatlarında İslamabada gələ bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb, həmçinin bu xəbəri Pakistanın dövlət telekanalı "PTV" də təsdiqləyib.
"Al Arabiya"nın həmsöhbətinin sözlərinə görə, Əraqçi ilə birlikdə Pakistanın paytaxtına "kiçik tərkibli İran nümayəndə heyəti" də gələcək.
PTV-nin Pakistan hökumətindəki mənbələrindən əldə etdiyi məlumata görə, ABŞ-ın logistika və təhlükəsizlik üzrə mütəxəssisləri artıq İslamabaddadırlar.
Məryəm Quliyeva