15:39
868
ABŞ-ın 200-dən çox təyyarə və helikopteri, həmçinin 15 min amerikalı dənizçi və dəniz piyadası üç aviadaşıyıcı zərbə qrupunun tərkibində Yaxın Şərq regionuna gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Onilliklər ərzində ilk dəfədir ki, üç aviadaşıyıcı eyni vaxtda Yaxın Şərqdə fəaliyyət göstərir. USS Abraham Lincoln (CVN 72), USS Gerald R. Ford (CVN 78) və USS George H.W. Bush (CVN 77) aviadaşıyıcılarının göyərtəsində, onların aviaqanadları ilə birlikdə 200-dən çox hava gəmisi və 15 000 dənizçi və dəniz piyadası var", — deyə CENTCOM-un "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Məryəm Quliyeva