Bloomberg: Pentaqon hərbi bazaların altında neft hasilatına başlaya bilər​​​​​​​ Dünya

Bloomberg: Pentaqon hərbi bazaların altında neft hasilatına başlaya bilər​​​​​​​

Amerika administrasiyası strateji ehtiyatları doldurmaq üçün hərbi bazaların və Pentaqonun digər obyektlərinin altında yerləşən neft ehtiyatlarından istifadə imkanlarını araşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım administrasiya tərəfindən İranla silahlı münaqişə nəticəsində azalan Strateji Neft Rezervinin (SPR) bərpası yollarının axtarışı çərçivəsində nəzərdən keçirilir. Qeyd olunur ki, hərbi bazalarda neft hasilatı kəskin artan enerji daşıyıcılarının qiymətinə dərhal təsir göstərməyəcək, lakin bu, Vaşinqtona hasil edilən yanacaq üzərində tam sərəncam vermək və özəl istehsalçılardan satınalmalardan asılı olmamaq imkanı yaradacaq.

ABŞ Geoloji Xidmətinin 2025-ci il məlumatlarına görə, Pentaqona və digər idarələrə məxsus federal torpaqlarda təxminən 29,4 milyard barel neft, həmçinin 391 trilyon kubfut (təxminən 11 trilyon kubmetr) təbii qaz ehtiyatı mövcuddur.

Məryəm Quliyeva