“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
14:00
385.jpg_2025_02_07_10_11_25.jpg_2025_02_10_17_46_44.jpg)
Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə Ukrayna münaqişəsinin sona çatdırılması üçün "liderlər səviyyəsində mümkün görüş və danışıqlar formatlarını" müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vladimir Zelenski bəildirib.
Mayın 7-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Floridaya gəlib. Onun görüşlərinin təfərrüatları və həmsöhbətlərinin adları açıqlanmırdı. Mayın 11-də Zelenski bildirdi ki, Umerov Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner ilə görüşüb.
"Amerikada liderlər səviyyəsində mümkün görüş və danışıqlar formatları müzakirə olundu", — deyə Zelenski öz "Telegram" kanalında yazıb. O, söhbətin konkret hansı mümkün görüşlərdən getdiyini dəqiqləşdirməyib, yalnız bunun münaqişənin başa çatmasına aid olduğunu qeyd edib.
Məryəm Quliyeva