“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
13:53
371
Çin bazar ertəsi günü Vaşinqtonun İranın hərbi əməliyyatlarına kömək etdiyini iddia etdiyi üç Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara kəskin etirazını bildirərək, bu məhdudiyyətləri qanunsuz və birtərəfli adlandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun keçirilən növbəti brifinqdə bəyan edib:
"Biz Çin müəssisələrindən hər zaman biznes fəaliyyətlərini qanun və qaydalara uyğun aparmağı tələb etmişik və Çin şirkətlərinin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacağıq. Əsas vəzifə hər hansı yolla hərbi əməliyyatların bərpasının qarşısını almaqdır, müharibədən digər ölkələri bədxah şəkildə hədəf almaq və nüfuzdan salmaq üçün istifadə etmək deyil".
Məryəm Quliyeva