İran XİN: "Silahlı Qüvvələrimiz düşmənə yeni sürprizlər təqdim edəcək" Dünya

İran XİN: "Silahlı Qüvvələrimiz düşmənə yeni sürprizlər təqdim edəcək"

İran Silahlı Qüvvələri hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır və düşmənə "yeni sürprizlər" təqdim etmək əzmindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.

"Biz istənilən ssenariyə tam hazırıq. Təcavüzkarların hər bir ehtiyatsız hərəkətinə mütləq bütün gücümüzlə cavab verəcəyik, bunu Silahlı Qüvvələrimiz 40 günlük hərbi əməliyyatlar ərzində artıq sübut edib. Sizi əmin edirəm ki, silahlı qüvvələrimiz düşmənə yeni sürprizlər də təqdim edəcək", — deyə o, mətbuat konfransı zamanı qeyd edib.

Məryəm Quliyeva