09:40
812![]()
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığı zamanı Vaşinqton və Tehran arasındakı vasitəçilik səylərini müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Qətər gərginliyin azaldılmasına və regionda təhlükəsizlik, sabitlik, eləcə də davamlı sülhün möhkəmlənməsinə töhfə verəcək hərtərəfli razılaşmanın əldə olunmasına yönəlmiş bütün səyləri dəstəkləyir", — deyə bəyanatda qeyd olunub. Nazirlikdən bildirilib ki, danışıqlar zamanı tərəflər həmçinin Livandakı son hadisələri də müzakirə ediblər.
Məryəm Quliyeva