"Bu müharibə yenidən alovlanarsa..." Dünya

"Bu müharibə yenidən alovlanarsa..."

İran və İsrail arasında müharibənin III raundu başlamaq üzrədir. İranın Livanın cənub ərazilərini işğalına cavab olaraq İsrailə zərbə endirməsi, ABŞ-nin İsraildə yerləşən Səfirlik və konsulluqlarının fəaliyyətini dayandırmaq əmri verməsi, ABŞ prezidenti ölkənin FOX News kanalına verdiyi müsahibədə İsrail baş naziri Benyamin Netanyahuya zəng edəcəyi və onların danışıqlar masasına geri dönməsini tələb edəcəyi ilə bağlı fikirlər səsləndirməsi bu prosesin daha da sürətlənəcəyindən xəbər verir.

Xalqcebhesi.az xəbər verir ki bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

"Hesab edirəm ki, bu müharibə yenidən alovlanarsa, Yaxın Şərq və ətraf regionlar, həmçinin dövlətlər daha sarsıdıcı müharibəyə şahid ola bilər ki, bu da Fars körfəzinin blokadasını daha da möhkəmləndirəcək və uzunmüddətli edəcək. Bu tendensiya isə regionda 20-30%-lik paya sahib olan dünya ticarətini daha çətin duruma salacaq" - politoloq deyib.

Cavid