Tehranın Mehrabad hava limanı fəaliyyətini dayandırıb Dünya

Tehranın Mehrabad hava limanı fəaliyyətini dayandırıb

Tehranın Mehrabad Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Məlumata görə, "növbəti bildirişə qədər bütün reyslər ləğv edilib".

Bundan əvvəl İran mediası respublikanın qərbindəki Kirmanşah şəhərində hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşdüyü barədə məlumat vermişdi.

Məryəm Quliyeva