Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır
Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturu yenilənir
Papuaşvili: Azərbaycanla Ermənistan arasında davam edən dialoq Gürcüstan üçün vacibdir
Gürcüstanda əcnəbilərin ali məktəblərə qəbulu üçün əlavə şərtlər müəyyənləşdirilir
11:04
644
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı danışıqların "mahiyyət etibarilə" uğursuzluqla nəticələnəcəyi təqdirdə, Amerika tərəfinin hərbi tapşırıqları icra etmək üçün İslam Respublikasının ərazisinə xüsusi təyinatlı qüvvələr yeridə biləcəyini istisna etməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp "Financial Times" qəzetinə bildirib.
"Burada iki variant var. Ya biz İran ərazisinə daxil olub əvvəllər hərbi yolla həll edilə bilməyən məsələləri yoluna qoyacağıq, ya da sadəcə İranın blokadasını davam etdirəcəyik, çünki bunun hər hansı hərbi hücumdan daha təsirli olduğu ortaya çıxdı", — deyə o bildirib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, onun fikrincə, İsrail və İran arasındakı hazırkı gərginlik dalğası Vaşinqton və Tehranın danışıqlar prosesinə təsir etməməlidir. "Bu, razılaşmaya heç bir şəkildə təsir göstərməyəcək. Hesab edirəm ki, saziş baş tutacaq. Növbəti mərhələdə nə olacağını görəcəyik", — deyə Tramp əlavə edib.
Məryəm Quliyeva