Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində 27 yaraqlını məhv edib Dünya

Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində 27 yaraqlını məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri son üç gün ərzində şimal-qərbdəki Xayber-Paxtunxva əyalətində 27 yaraqlını zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin İdarələrarası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

Ölkədə qadağan olunmuş "Fitnə əl-Xavaric" (əvvəllər "Tehrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınırdı) qruplaşmasına qarşı bir sıra antiterror əməliyyatları Şimali Vəziristan dairəsində keçirilib. Məhv edilən terroristlərin hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dinc sakinlərə qarşı hücumlarda əli olduğu bildirilir. Onlardan silah və sursat müsadirə olunub.

Məryəm Quliyeva