SEPAH İsrailin Nevatim və Tel-Nof aviabazalarına zərbələr endirdiyini bildirib Dünya

SEPAH İsrailin Nevatim və Tel-Nof aviabazalarına zərbələr endirdiyini bildirib

İran İsrailin iki hərbi bazasına zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatında deyilir.

İranın "Al Alam" telekanalının yaydığı mətnə əsasən, yəhudi dövlətinin cənubunda yerləşən Nevatim aviabazası, həmçinin Təl-Əviv yaxınlığındakı Tel-Nof aviabazası hücuma məruz qalıb. Qeyd olunur ki, bu zərbələr İsrail tərəfinin addımlarına cavab olaraq endirilib.

SEPAH-dan əmin ediblər ki, İran hərbçiləri "bütün cəbhələrdə əməliyyatlar keçirməyə hazırdır" və düşmənin istənilən addımına qarşı cavab variantları hazırlayıb.

Məryəm Quliyeva