Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır
Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturu yenilənir
Papuaşvili: Azərbaycanla Ermənistan arasında davam edən dialoq Gürcüstan üçün vacibdir
Gürcüstanda əcnəbilərin ali məktəblərə qəbulu üçün əlavə şərtlər müəyyənləşdirilir
10:51
1 197
“Paşinyan regionda sülhün tərəfdarı kimi çıxış edir və onun yenidən hakimiyyətdə qalması Azərbaycan-Ermənistan sülh prosesinin davam etməsi üçün müəyyən imkanlar yarada bilər. Bu mənada indiki reallıqda onun seçkidə qalib gəlməsi bizim üçün məqsədəuyğundur. Ancaq unutmayaq ki, Paşinyanın əsas məqsədlərindən biri də Ermənistanın Avropaya inteqrasiyasını sürətləndirməkdir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.
E.Akimova söyləyib ki, son illərdə o, Avropa ölkələri və Qərb institutları ilə münasibətləri gücləndirməyə çalışıb: “Ermənistanın Avropa ilə yaxınlaşması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeni imkanlar əldə etməsinə xidmət edir. Bu siyasət, eyni zamanda, Avropa ölkələrinin regionda təsirinin artmasına və Ermənistanın beynəlxalq dəstəyini gücləndirməsinə hesablanıb. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ermənistan hazırda əvvəlki dövrlərlə müqayisədə daha zəif mövqedədir və bu da onu daha praqmatik siyasət yürütməyə sövq edir. Lakin gələcəkdə ölkənin iqtisadi, siyasi və hərbi imkanları artarsa, heç kim qəti şəkildə zəmanət verə bilməz ki, Ermənistanın siyasi elitasında yenidən daha sərt və ya revanşist yanaşmalar meydana çıxmayacaq. Tarix göstərir ki, dövlətlərin siyasəti zamanla dəyişə bilir və buna görə də münasibətlər şəxslər üzərindən deyil, konkret razılaşmalar, hüquqi öhdəliklər və real addımlar əsasında qiymətləndirilməlidir”.
Deputatın sözlərinə görə, ona görə də Paşinyanın yenidən hakimiyyətdə qalmasını yalnız sülh prosesi kontekstində qiymətləndirmək doğru olmaz: “O, bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşmasına çalışsa da, digər tərəfdən Ermənistanın xarici tərəfdaşlarını artırmaq və ölkəsinin mövqeyini gücləndirmək strategiyasını davam etdirəcək”.
Röya İsrafilova