11:23
707
İranın qərb hissəsində yerləşən bütün hava limanları "növbəti bildirişə qədər" bağlanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, paytaxtın Mehrabad və İmam Xomeyni adına beynəlxalq hava limanlarında da reyslər ləğv edilib.
Bundan əvvəl İran mediası İslam Respublikasının qərbindəki Kirmanşah şəhərində hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşdüyü barədə məlumat vermişdi.
Məryəm Quliyeva