Tehran: İsrail hücumlarını ABŞ ilə tam əlaqələndirir Dünya

Tehran: İsrail hücumlarını ABŞ ilə tam əlaqələndirir

İran əmindir ki, İsrailin bütün hücumları ABŞ ilə tam koordinasiya şəraitində həyata keçirilir və Vaşinqtonun İsrailin zərbələrindən xəbərsiz olması qeyri-mümkündür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai bəyan edib.

"Bundan əlavə, Amerikalı rəsmilərin bəyanatlarına baxmayaraq, bizə məlumdur ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı öz müdafiə və hücum hərəkətlərini sionist rejimlə tam şəkildə əlaqələndirir və onunla əməkdaşlıq edir", — deyə o, brifinq zamanı bildirib.

Məryəm Quliyeva