Çin Xarici İşlər Nazirliyi ABŞ-ı tənqid edib Dünya

Çin Xarici İşlər Nazirliyi ABŞ-ı tənqid edib

ABŞ milli təhlükəsizlik bəhanəsi ilə ayrı-seçkilik yaradan siyahılar tərtib edir və Çin şirkətlərinə əsassız olaraq təzyiq göstərir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan brifinqdə bir sıra Çin müəssisələrinin guya Çin hərbçiləri ilə əlaqəli olan strukturların siyahısına daxil edilməsini şərh edərkən bildirib.

"Çin ardıcıl və qətiyyətli şəkildə ABŞ-nin milli təhlükəsizlik anlayışını genişləndirməsinə, müxtəlif bəhanələrlə ayrı-seçkilik yaradan siyahılar tərtib etməsinə və Çin müəssisələrini əsassız olaraq sıxışdırmasına qarşı çıxır", — deyə diplomat qeyd edib.

Lin Szyan Vaşinqtondan səhvini düzəltməyi və Çin şirkətlərinə qarşı əsassız təzyiqləri dayandırmağı tələb edib. O əlavə edib ki, Pekin Çin müəssisələrinin qanuni hüquq və mənafelərini qorumaq üçün zəruri tədbirlər görəcək.

Məryəm Quliyeva