Bruney-Darüssalamın Sultanı Prezident İlham Əliyevi təbrik edib
Lavrov: Rusiya artıq Körfəz ölkələrindən sülh konsepsiyası ilə bağlı rəylər alıb
Dodon: "Moldova hakimiyyəti Rusiya ilə dialoqa başlamalıdır"
Culfada binada yanğın olub, ana və azyaşlı övladı xəsarət alıb - FOTO
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
13:46
833
“Rusiyanın Ermənistanda seçkidən sonra Nikol Paşinyanın tutduğu qərbyönümlü siyasətinə münasibətdə addımlar atacağı bəlli idi. Düşünürəm ki, Rusiya bu addımlarını məhdudlaşdırmayacaq, digər məsələlərə də yol verəcək. Rusiya həm Avrasiya İqtisadi İttifaqı daxilində, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində, həm də Ermənistan daxilində hansısa addımların atılmasına gətirib çıxaran siyasət ortaya qoyacaq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri Xəyal Bəşirov bildirib.
X.Bəşirov qeyd edib ki, hələ Rusiya tərəfi seçkilərin nəticələri ilə bağlı məqamı gözlədiklərini də açıq şəkildə bildirirlər: “Bu baxımdan düşünürəm ki, Rusiyanın Ermənistana münasibətdə hiddətinin və qəzəbinin şahidi ola bilərik. Ermənistanın KTMT-dən çıxarılması ilə bağlı addımların atılması Ermənistan cəmiyyətinə və dövlətinə bir mesajdır ki, artıq nəinki sizin təhlükəsizliyiniz bizim üçün əhəmiyyət kəsb edəcək, əksinə, sizin üçün təhlükə yarada bilər. Çünki KTMT-yə üzv olan bir dövlətin digər dövlətə münasibətdə hansısa təhlükəli xarakterli addımlar atması, yəni Rusiyanın Ermənistanın təhlükəsizliyinə münasibətdə hansısa addımlar atması o təşkilatın Nizamnaməsinə zidd olacaq, digər üzvlərində də ciddi narazılıq yaradacaq”.
O əlavə edib ki, bu, ümumilikdə, təşkilatın mövcudluğu üçün xoşagəlməz hal yaradacaq: “Bu baxımdan öncə Ermənistanı KTMT-dən çıxarmaqla hədələyirlər. Yəqin ki, bu istiqamətdə addımlar da atılacaq. Bu, ümumilikdə, təbii ki, Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumu ilə bağlıdır və düşünürəm ki, Ermənistanın KTMT-dən çıxarılması mümkündür. Əgər Ermənistan qərbyönümlü siyasətini davam etdirəcəksə, Rusiya bu istiqamətdə ciddi addımlar ata bilər”.
Röya İsrafilova