10:19
581
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İslam Respublikası döyüş meydanında Birləşmiş Ştatlar üzərində qələbə qazanıb, ona görə də hazırda hərbi üstünlüyə sahib ikən müharibəni başa vurmaq Tehran üçün ən doğru zamandır.
Xalqcebhesi.az xəbər verir ki, İranın Dövlət Teleradio Şirkəti Əraqçinin sözlərini sitat gətirib.
"Vaşinqton silahlı qüvvələrimizin və xalqımızın inadkar və rəşadətli müqaviməti ilə qarşılaşdı. Müharibəni bitirmək üçün ən yaxşı vaxt üstünlüyün bizdə olduğu zamandır; biz həqiqətən də döyüş meydanında qələbə qazandıq", — deyə o, bildirib.
İran İslam Respublikasının XİN rəhbəri əlavə edib ki, diplomatiya hərbi uğurlarla sıx bağlıdır, bu səbəbdən Tehran amerikalılarla sülh bağlayarkən ən yaxşı şərtlərin əldə olunacağına ümid edir.
Məryəm Quliyeva
12 İyun 21:38
1 232
12 İyun 21:36
1 239
12 İyun 19:20
1 176