13:13
651
Bu gün qarşıda duran əsas vəzifələrdən biri istifadəsiz və ya natamam istifadə olunan torpaq sahələrinin dövriyyəyə cəlb olunması, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılmasıdır.
Bunu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə bildirib.
Onun sözlərinə görə, əkin sahələrinin artırılması həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də kənd yerlərində əhalinin gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək: "Məhz bu məqsədlə cari ildə muxtar respublika üzrə 20 min hektar sahədə payızlıq taxıl əkini aparılması hədəf kimi müəyyənləşdirilib. Bu göstəriciyə nail olunması daxili tələbatın ödənilməsi, taxıl istehsalının artırılması və strateji ərzaq ehtiyatlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda növbəti ilin məhsulu üçün yazlıq əkin sahələrinin 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin və aidiyyəti qurumların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".
14:26
210
11:38
938
11:23
882