12:45
1 036
"Hizbullah"la döyüşlər başlayandan bəri ölkənin şimalında qüvvədə olan bütün məhdudiyyətləri İsrail bazar ertəsi günü ləğv edib. Buna səbəb bu həftə İsrail qoşunlarının Livanın cənubundakı bir sıra rayonlardan çıxarılmasına dair danışıqların planlaşdırılmasıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayır.
Məlum olub ki, İsrail və Livan bu həftə danışıqlar aparacaq və bu görüşlər zamanı bir sıra ərazilərin Livan ordusunun nəzarətinə verilməsi imkanını müzakirə edəcəklər.
Nəşrin məlumatına görə, İsrail ordusu Livandakı "sarı xətt" adlandırılan zonadan qismən geri çəkilə bilər, bundan sonra həmin rayonlar Livan silahlı qüvvələrinin nəzarətinə keçəcək. Bununla belə, Livan ordusunun bu zonalarda ABŞ-ın nəzarəti altında fəaliyyət göstərəcəyi güman edilir.
Həmçinin bildirilir ki, İsrail qoşunların Livanın bəzi rayonlarından çıxarılması ilə bağlı danışıqlara hazırlıq fonunda ölkənin şimalındakı bütün məhdudiyyətləri aradan qaldırıb.
BMT-nin Livandakı missiyasındakı (UNIFIL) mənbə qeyd edib ki, bazar günü martın 2-dən bəri ilk dəfə olaraq İsrail və "Hizbullah" arasında hər hansı bir insident və ya qarşılıqlı zərbə qeydə alınmayıb.
Məryəm Quliyeva