ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir
UKMTO Hörmüz boğazında gəmilərin hərəkətinin aktivləşdiyini bildirib
Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
16:10
889
İran nümayəndə heyəti, bunu edəcəkləri ilə bağlı hədələrə baxmayaraq, müzakirələr başa çatana qədər İsveçrənin Bürgenstok şəhərində ABŞ ilə aparılan danışıqlar meydanını tərk etməyib.
Xalqcebhesi.az xəbər verir ki, hadisələrin bu versiyasını ABŞ-ın vitse-prezidenti Cey Di Vens səsləndirib.
"Xeyr, onlar heç bir planı pozmayıblar. İranlılara gəlincə, bəli, onlar gedəcəkləri ilə hədələyirdilər, yaxud ən azı sosial şəbəkələrdə gedəcəklərinə dair hədələr var idi, lakin dünən danışıqlar gecə saat birə qədər davam etdi, yəni onlar heç hara getməyiblər. Onların texniki komandası isə hələ də buradadır, Bürgenstokdadır və hazırda bizim texniki komandamızla birlikdə işləyir", — deyə o, mətbuat konfransında bildirib.
"Biz iranlılara dedik: "Baxın, əgər siz bizə qarşı iddialar irəli sürsəniz, ABŞ Prezidenti Donald Trampın cavab verməyəcəyini və vəziyyəti düzəltməyəcəyini gözləməyin". Ona görə də onlar yalan danışanda, prezident buna cavab verəcək. Mən buna cavab verəcəyəm. Amerikalılar buna cavab verəcək, — deyə Vens əlavə edib. — Beləliklə, bəli, müəyyən hədələr var idi, lakin nəticədə danışıqlar davam etdi və biz əhəmiyyətli irəliləyişə nail olduq".
Məryəm Quliyeva