Litva prezidenti hökumətin istefasını qəbul edib Dünya

Litva prezidenti hökumətin istefasını qəbul edib

​Litva prezidenti Gitanas Nauseda nazirlər kabinetinin istefasını qəbul edib. Xalqcebhesi.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

​"Prezident baş nazir Inqa Ruginenenin nazirlər kabinetinin istefasını qəbul edib və yeni kabinet formalaşana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşırıb", - deyə məlumatda bildirilir.

​Dövlət başçısı 15 gün ərzində Seymə (parlamentə) baş nazir vəzifəsinə namizəd təqdim etməlidir. Hakim çoxluq bu posta Litva Sosial-Demokrat Partiyasının (LSDP) lideri Mindauqas Sinkyaçiçusu irəli sürüb. Əgər Seym prezidentin təklifini qəbul edərsə, təyin olunmuş baş nazir növbəti 15 gün ərzində öz kabinetinin tərkibini və hökumətin proqramını parlamentə təqdim etməlidir.

​Ruginenenin kabineti hakim koalisiyadakı dəyişikliklərlə əlaqədar istefa vermək məcburiyyətində qalıb. Koalisiyanın yenidən formalaşdırılması məsələsi LSDP-nin iyunun əvvəlində "Neman üzərində dan sökülməsi" (Nemuno aušra) partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmaq qərarına gəlməsindən sonra gündəmə gəlib. Koalisiya üzrə yeni tərəfdaş "Litva naminə demokratlar" partiyası olub. Bu dəyişikliklər çərçivəsində hökuməti "yenidən yükləmək" qərara alınıb.

Məryəm Quliyeva