15:10
721
İsrail qoşunlarını Livanın cənubundan geri çəkməyib, SAXAL (İsrail Müdafiə Ordusu) əsgərlərinin təhlükəsizlik zonasındakı mövqeyi dəyişməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə ordu mətbuat xidmətindən "Reuters" agentliyinin bəzi bölmələrin geri çəkilməsi barədə iddialarını şərh edərkən bildiriblər.
"SAXAL əsgərlərinin Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşdiyi mövqe dəyişməyib", — deyə agentliyin həmsöhbəti qeyd edib.
Məryəm Quliyeva