İran XİN: Əli Xameneyi ilə vida mərasimində 100 ölkənin nümayəndəsi iştirak edəcək Gündəm

İran XİN: Əli Xameneyi ilə vida mərasimində 100 ölkənin nümayəndəsi iştirak edəcək

İran hakimiyyəti ölkənin həlak olmuş ali lideri Əli Xameneyi ilə vida mərasimində iştirak etmək üçün cümə günü 100 ölkənin nümayəndəsinin gələcəyini gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

"Təxminən 100 ölkədən qonaqlar — siyasi xadimlər, dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri və ya hökumətlərin xüsusi nümayəndələri, eləcə də çox sayda ictimai xadim gözlənilir", — deyə o, dövlət televiziyasının efirində bildirib.

Baqai əlavə edib ki, xarici qonaqlar üçün vida mərasimi cümə günü yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə 14:30) başlayacaq.

Məryəm Quliyeva