Dəməşqdə partlayışda 5 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB Gündəm

Dəməşqdə partlayışda 5 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB

Dəməşqdə Ədalət Sarayının yaxınlığındakı kafeyə yerləşdirilən bombanın partlaması nəticəsində ölənlərin sayı artıb.

"Reuters" xəbər verir ki, partlayışda ölənlərin sayı 5-ə çatıb, daha 16 nəfər isə xəsarət alıb.

***

Cümə axşamı Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin dövlət teleqanalı "Əl-İxbariyyə" məlumat yayıb. Telekanal partlayışın xarakterinin hələlik qeyri-müəyyən qaldığını qeyd edib.

Məryəm Quliyeva