WSJ: NATO rəsmiləri Trampın Ankara sammitində çətinlik yaradacağından narahatdırlar Dünya

WSJ: NATO rəsmiləri Trampın Ankara sammitində çətinlik yaradacağından narahatdırlar

NATO-nun rəsmi şəxsləri ABŞ Prezidenti Donald Trampla münasibətlərdəki çətinliklərin alyansın Ankaradakı sammitinə kölgə salacağından ehtiyat edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazır.

Bununla belə, təşkilatın nümayəndələri ümid edirlər ki, sammit "ABŞ ilə birliyi və Ukraynaya dəstəyi nümayiş etdirməyə" imkan verəcək.

Təşkilatın Ankaradakı görüşü 7-8 iyul tarixlərində keçiriləcək. Daha əvvəl Avropanın "Politico" nəşri xəbər vermişdi ki, NATO-nun Ankara sammitinin təşkilatçıları iclas zamanı Trampın "darıxmaması" üçün cəmi bir dəfə, o da üç saatlıq sessiya keçirməyi planlaşdırırlar.

Məryəm Quliyeva