“Yayda qəzaların artmasının texniki və psixoloji tərəfi var”
"Milliyet" Tramp və Ərdoğanın NATO sammitindəki danışıqlarının mövzularını açıqlayıb
Bakı–Sabunçu–Suraxanı dəmir yolunun istifadəyə verilməsinin 100 illiyi tamam olur
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 30 vaqon propan qazı göndəriləcək
12:51
721
Böyük Britaniya Norveç dənizində Britaniya aviadaşıyıcısının zərbə qrupuna dəfələrlə yaxınlaşaraq "təhlükəli və qeyri-peşəkar" manevrlər edən Rusiyaya məxsus iki "Bear F" (Tu-142) təyyarəsinin qarşısını kəsib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən "Politico" nəşri məlumat yayıb.
İyulun 2-də Rusiya təyyarələrinin qarşısı kəsilib və onlar Norveç dənizindəki "HMS Prince of Wales" aviadaşıyıcısından havalanan Britaniyanın "F-35" qırıcıları tərəfindən müşayiət olunub.
Qeyd olunur ki, Rusiyanın Tu-142 təyyarələri aviadaşıyıcının bilavasitə yaxınlığına çoxlu sayda sonobuy (sualtı qayıqları aşkar etmək və izləmək üçün sualtı mikrofon funksiyasını yerinə yetirə bilən qurğular) atıb.
Bu addım Böyük Britaniyanın ilk dəfə olaraq NATO-nun xüsusi qüvvələr bölməsinin komandanlığını öz üzərinə götürdüyü bir vaxtda atılıb. Müdafiə Nazirliyi bu bölməni Alyansın çevik qüvvələr qrupunun "ön dəstəsi" kimi xarakterizə edir və onun "bir neçə gün ərzində dünyanın istənilən nöqtəsində yerləşmək iqtidarında olduğunu" bildirir.
Məryəm Quliyeva