Şalva Papuaşvili: Cənubi Qafqazda sülh Qara dəniz regionunun inkişafı üçün əsas şərtlərdən biridir
Könül Əliyeva BƏƏ keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb
Tramp Braziliyadakı seçkiləri “böyük rüsvayçılıq” adlandırıb
İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
7 İyul 10:52
1 925
Pakistanın Bəlucistan əyalətinin Ziarat dairəsində polis postuna təşkil edilən terror hücumu nəticəsində, ikisi polis rəisi olmaqla, azı doqquz polis əməkdaşı həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Dairə komissarının müavini Əbdül Qüdus Açakzayın bildirdiyinə görə, hücum Manqi bəndinin yaxınlığında baş verib. Onun sözlərinə görə, doqquz nəfərin həlak olmasından başqa, daha beş polis əməkdaşının harada olduğu hələlik məlum deyil. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.
Bəlucistanın baş nazirinin media və siyasi məsələlər üzrə köməkçisi Şahid Rind bəyan edib ki, hakimiyyət orqanları hücuma görə məsuliyyəti "Fitnə əl-Xaric" qruplaşmasının üzərinə qoyur — bu termin Pakistanda rəsmi olaraq qadağan olunmuş "Tehrik-i-Taliban Pakistan" (TTP) təşkilatını ifadə etmək üçün istifadə olunur.
Onun sözlərinə görə, həlak olanlar arasında Manqi və Kavas polis məntəqələrinin rəisləri, həmçinin Antiterror Qüvvələrinin (ATF) bölmə rəhbəri, baş konstebl Sayfullah da var. Həlak olanların cəsədləri zəruri prosedurların aparılması üçün dairə xəstəxanasına çatdırılıb.
"Bəlucistan hökuməti şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edir. Terrorçulara qarşı əməliyyatlar onlar tamamilə məhv edilənədək davam edəcək", — deyə Rind vurğulayıb.
Məryəm Quliyeva