Tramp: "Ukraynaya yalnız müharibə bitdikdən sonra getməyə üstünlük verərdim" Gündəm

Tramp: "Ukraynaya yalnız müharibə bitdikdən sonra getməyə üstünlük verərdim"

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yalnız bu ölkədəki münaqişə başa çatdıqdan sonra səfər etməyə üstünlük verdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Ankarada keçirilən NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşündə jurnalistlərin Ukraynaya mümkün səfəri ilə bağlı sualını cavablandırarkən bildirib.

"Mən müharibənin bitməsini üstün tutardım", — deyə o, qeyd edib. Bununla yanaşı, Tramp qeyd edib ki, ABŞ Məxfi Xidməti onun hərbi əməliyyatlar zamanı Ukraynaya səfər etmək planlarını heç də sevinclə qarşılamazdı.

Məryəm Quliyeva