15:14
595
İran və ABŞ arasında atəşkəs rejiminin uzadılması imkanı müzakirə olunmayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iranlı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Tehranın mövqeyinə əsasən, atəşkəs qüvvədə deyil, çünki ABŞ Anlaşma Memorandumunu imzalandıqdan 48 saat sonra pozub. Müvafiq olaraq, atəşkəsin uzadılması müzakirə mövzusu deyil. Agentliyin həmsöhbəti qeyd edib ki, müzakirələr memoranduma qayıdış və onun icra yolları üzərində aparılır, lakin hələlik heç bir irəliləyiş əldə olunmayıb.
Məryəm Quliyeva