Çində 5,6 bal gücündə zəlzələ baş verib Gündəm

Çində 5,6 bal gücündə zəlzələ baş verib

Çərşənbə günü Çinin şimal-qərbindəki Çinxay əyalətinin Xaysi-Monqol-Tibet muxtar dairəsində 5,6 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzinə (CENC) istinadən "Xinhua" agentliyi məlumat yayıb.

​Yeraltı təkanlar Pekin vaxtı ilə saat 05:36-da qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

​Dağıntılar və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Məryəm Quliyeva