Venesuelada zəlzələdən iki ay sonra əsas hava limanı açılacaq Dünya

Venesuelada zəlzələdən iki ay sonra əsas hava limanı açılacaq

Venesuela paytaxtı yaxınlığındakı Mayketiya şəhərində yerləşən Simon Bolivar adına Beynəlxalq Hava Limanı sentyabrın 1-dən sərnişin reyslərinə xidməti bərpa edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hava limanının "X" sosial şəbəkəsindəki səhifəsində bildirilir.

"Çərşənbə axşamı, 1 sentyabr 2026-cı il tarixindən etibarən həm daxili, həm də beynəlxalq reyslərə xidmət göstərmək üçün nəzərdə tutulmuş müvəqqəti terminallar rəsmi olaraq fəaliyyətə başlayacaq", – deyə bəyanatda qeyd olunur.

Bəyanatda təsdiq edilir ki, hava limanı ərazisində təmir işləri "ən yüksək keyfiyyət standartlarına uyğun və ən son texnologiyaların tətbiqi ilə" həyata keçirilib.

Məryəm Quliyeva