15:36
868.jpg)
Polşa ABŞ-dən "F-15" qırıcılarını almaq niyyətində deyil.
Bu barədə respublikanın Müdafiə Nazirliyi "Defence24" portalına bildirib.
"Polşa Respublikasının Silahlı Qüvvələri "F-15EX" təyyarələrini əldə etməyi planlaşdırmır. Amerika tərəfinin "F-15" proqramı ilə bağlı dərc etdiyi çərçivə müqaviləsində Polşanın adının çəkilməsi bu təyyarələrin Polşa tərəfindən alınması barədə qərarın qəbul edilməsi və ya satınalma prosesinin başlanması demək deyildir", - deyə qurumun portalın sorğusuna cavabında qeyd olunur.
Pentaqonun avqustun 24-də "Boeing" şirkəti ilə bu maşınların tədarükü və xidməti üzrə çərçivə müqaviləsi barədə dərc etdiyi bəyanatda Polşanın adı "F-15" təyyarələrinin potensial alıcıları arasında çəkilmişdi.
Məryəm Quliyeva