Nepalda daşqın fəlakəti: 17 ölü, 400-dən çox turist itkin düşüb Dünya

Nepalda daşqın fəlakəti: 17 ölü, 400-dən çox turist itkin düşüb

Nepalda güclü sel bir neçə kəndi iflic edib. Polisin məlumatına görə, ən azı 17 nəfər həlak olub, lakin qurbanların sayının artacağı istisna edilmir.

Xalqcebhesi.az xəbər verir ki, "CNN"in Nepal Turizm Şurasına istinadən verdiyi məlumata görə, xarici vətəndaşlar da daxil olmaqla ən azı 400 səyahətçi itkin düşmüş hesab olunur.

Təbii fəlakət Tibetə də təsir edib. Çinin dövlət mediası ehtimal olunan "böyük insan tələfatı" barədə xəbərdarlıq edib. Çinin Qirong (Tsilun) limanı ərazisində torpaq sürüşməsi baş verib, bundan sonra Çin Sədri Si Tszinpin axtarış-xilasetmə işlərinin aparılması üçün mümkün olan bütün səylərin göstərilməsinə çağırıb.

Nepal XİN rəhbərinin sözlərinə görə, zəlzələ çayın məcrasını bağlayan iri torpaq sürüşməsinə səbəb olub və çayın axını boyunca güclü su selinə gətirib çıxarıb. Fəlakət zonasında helikopterlər işləyir, lakin bəzi yerlərdə suyun yüksək səviyyəsi onların enişini çətinləşdirir.

Məryəm Quliyeva