Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Hörmüz boğazında yeni dövr: Gəmiçilik gəlirləri İran və Oman arasında bölünəcək
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib
İranda ABŞ zərbələrindən sonra ordunun imkanlarının bərpa olunduğu bildirilib
15:52
420
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Bu barədə Özbəkistan Peşəkar Futbol Liqasının “X” səhifəsində bildirilib.
“Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edir! Qardaş Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar, möhtəşəm qələbələr və yeni nailiyyətlər arzulayırıq!”, - təbrikdə qeyd olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb. "Sabah" İsrail təmsilçisini məğlub edərək adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.