Hörmüz boğazında yeni dövr: Gəmiçilik gəlirləri İran və Oman arasında bölünəcək Dünya

Hörmüz boğazında yeni dövr: Gəmiçilik gəlirləri İran və Oman arasında bölünəcək

İran və Oman Hörmüz boğazında gəmiçilikdən gələn gəlirlərin bölünməsi barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elitar hissələri) nümayəndəsi Hüseyn Mohebi bildirib.

"Bu danışıqlar zamanı hər iki ölkənin boğaz sularındakı payı, eləcə də İran və Omanın gəlirlərdəki payı barədə razılaşmalar əldə olunub", – deyə "Tasnim" agentliyi Mohebinin sözlərini sitat gətirir.

O, həmçinin vurğulayıb ki, Hörmüz boğazı İran və Omana məxsusdur. O əlavə edib ki, ABŞ əvvəllər əldə olunmuş razılaşmalara riayət edəcəyi təqdirdə bu su yolu açıq olacaq.

Məryəm Quliyeva