17:44
371
ABŞ və İran arasında müharibə "olduqca tezliklə" başa çatacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın Prezidenti Donald Tramp "The Glenn Beck Program" verilişinə müsahibəsində bildirib.
"Hesab edirəm ki, İranla müharibə oldukça tezliklə başa çatacaq, çünki Hörmüz boğazı açıqdır. İndi boğazdan çoxlu gəmilər keçir. Biz onları buraxırıq. Minalar artıq yoxdur. Yəqin ki, dünən bu barədə məlumat verdiyimizi görmüsünüz. Biz bütün minalardan təmizləndik və boğaz fəaliyyət göstərir", – deyə dövlət başçısı vurğulayıb.
Məryəm Quliyeva