Şabranda yol qəzasında sərnişin və sürücü ölüb - FOTO Hadisə

Şabranda yol qəzasında sərnişin və sürücü ölüb - FOTO

Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şabranda yol qəzasında sərnişin və sürücü ölüb - FOTO