BƏƏ İrandan Dubaydakı aviabazaya zərbə endirilməsi xəbərini təkzib edib Dünya

BƏƏ İrandan Dubaydakı aviabazaya zərbə endirilməsi xəbərini təkzib edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi İran tərəfinin Dubay yaxınlığındakı Əl-Minhad aviabazası ərazisinə zərbələr endirilməsi ilə bağlı bəyanatını təkzib edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun "X" səhifəsindəki bəyanatında bildirilir.

"Müdafiə Nazirliyi Əl-Minhad aviabazasına hücum edilməsi barədə xəbərləri təkzib edir, bu iddialar həqiqətə uyğun gəlmir", — deyib.

Əvvəllər İranın "Press TV" telekanalı ölkənin silahlı qüvvələrinə istinadən Əl-Minhad aviabazası ərazisindəki helikopterlərin uğurla vurulduğunu xəbər vermişdi.

Məryəm Quliyeva