16:22
280
Venesuelada neft hasilatı 2027-ci ilin birinci yarısında sutkada 1,5 milyon bareli ötə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CNBC" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, gələn ilin birinci yarısında Venesuelada hasilat səviyyəsi sutkada 1,5 milyon bareldən xeyli yüksək olacaq", — deyə Rayt qeyd edib.
ABŞ Energetika Nazirliyinin rəhbəri həmçinin bəyan edib ki, Vaşinqton "Betancourt" şirkətini "Venesuelada səlahiyyətli operator" kimi nəzərdən keçirir.
Məryəm Quliyeva