16:34
210
İtaliyanın "Yuventus" klubunun fransalı yarımmüdafiəçisi Kefren Türam dizindən əməliyyat olunacaq.
Bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
24 yaşlı futbolçu sentyabrın 2-də Lion şəhərinə yola düşəcək və orada əməliyyat olunacaq. Futbolçunun tam bərpası üçün ən azı dörd ay vaxt tələb olunduğu bildirilir.
Qeyd edək ki, Kefren Türam 2024-cü ilin yayından "qoca sinyora"nın şərəfini qoruyur və tərəflər arasındakı müqavilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Yarımmüdafiəçi İtaliya çempionatının keçən mövsümündə 35 matçda iştirak edərək 3 qol vurub, 3 məhsuldar ötürmə edib.