16:43
336
Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Rusiya ərazisi üzərindən mülki aviasiya uçuşlarının tam qadağan edilməsinə nail olmağa çağırıb.
Xalqcebhesi.az "Obozrevatel"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın bərpa, infrastrukturu və nəqliyyat naziri Mıkola Kalaşnikin ICAO-nun baş katibi Xuan Karlos Salasara ünvanladığı məktubda deyilir.
Kiyev hərbi əməliyyatlar, habelə Rusiya hərbçilərinin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrindən istifadə etməsi səbəbindən sərnişin təyyarələri üçün yüksək risklərin olduğu barədə xəbərdarlıq edib.
Ukrayna tərəfi hələ 2022-ci il fevralın 24-nə keçən gecə öz hava məkanını bağladığını, Rusiyanın isə təhlükəsizlik risklərinə baxmayaraq, aviauçuşları davam etdirdiyini xatırladıb.
Məryəm Quliyeva