17:54
231.jpg)
Rusiya Silahlı Qüvvələri Ukraynadakı obyektə "X-39" çoxməqsədli idarəolunan raketilə zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Zərbəyə Ukrayna Ərazi Müdafiəsinin Sumı vilayətinin Streletskaya Puşkarka yaşayış məntəqəsində yerləşən 16-cı briqadasının idarəetmə məntəqəsi məruz qalıb. Məqsədə nail olunduğu və hədəfin vurulduğu dəqiqləşdirilir.
Müdafiə idarəsi hücumla bağlı başqa heç bir təfərrüat təqdim etməyib.
Məryəm Quliyeva