Türkiyə Ukrayna üzrə sülh danışıqlarını İstanbulda bərpa etməyə hazırdır Dünya

Türkiyə Ukrayna üzrə sülh danışıqlarını İstanbulda bərpa etməyə hazırdır

Türkiyə 2026-cı ilin sonuna qədər Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin bərpa olunacağını gözləyir və İstanbulda dərhal görüş təşkil etməyə hazır olduğunu bildirir.

Xalqcebhesi.az -ın məlumatına görə, bu barədə Türkiyə hökumətindəki mənbə məlumat verib.

"Ankara təmasların bərpa olunacağı ilə bağlı gözləntilərini qoruyub saxlayır və bu məsələdə diplomatik səyləri dəstəkləməyə hazırdır. Biz Ukrayna üzrə danışıqlar prosesinin ilin sonunadək bərpa olunacağını nəzərdə tuturuq", - deyə mənbə "RİA Novosti"yə bildirib.

Türkiyə tərəfi, təhlükəsizlik tədbirləri də daxil olmaqla, İstanbulda danışıqların aparılması üçün lazımi şərait yaratmağa hazır olduğunu vurğulayıb. Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Türkiyə və bir sıra digər dövlətlərin Ukrayna nizamlanması üzrə üçtərəfli təmaslar üçün platforma təqdim etməyə hazır olduqlarını bildirdiklərini bəyan etmişdi.

Məryəm Quliyeva