17:04
574
ABŞ BMT Baş Assambleyası zamanı Nyu-Yorkda olan İranın Xarici İşlər naziri Abbas Əraqçiyə mühafizə xidməti ayıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ Dövlət Departamentinin İranın BMT yanında daimi nümayəndəliyinə ünvanladığı və əlinə keçən məktuba istinadən xəbər verib.
Jurnalistin sözlərinə görə, İran Nyu-York səfəri zamanı Əraqçiyə mühafizə ayrılması üçün ABŞ-yə müraciət edib.
"ABŞ Dövlət Departamenti ona qarşı təhlükələri qiymətləndirib və Diplomatik Təhlükəsizlik Xidmətindən mühafizə ayırmağa razılıq verib", - deyə jurnalist "X" sosial şəbəkəsində yazıb.
Məryəm Quliyeva